AZ

Tatarov azadlığa buraxıldı

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovla bağlı qərar verilib.

Nizami rayon Məhkəməsində keçirilən prosesdə Ramiz Tatarovun vaxtından əvvəl, şərti olaraq azadlığa buraxılması barədə qərar elan olunub.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Nizaməddin Quliyev koronavirusa yoluxaraq 2021-ci il sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.

Apellyasiya Məhkəməsi R. Tatarovun həbs müddətini 3 ay azaldıb. Ali Məhkəmə isə təyin olunmuş cəzanı ağır hesab edib, cəzanı azaldılaraq 6 ilə endirib.

Xatırladaq ki, N. Quliyevə və R. Tatarova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma – külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham ittiham irəli sürülmüşdü.

APA

Seçilən
3
3
yenigundem.az

4Mənbələr