Avropa İttifaqının 27 ölkəsinin daimi nümayəndələri Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Musavat.com xəbər verir ki, bu barədə Macarıstanın Aİ Şurasındakı nümayəndəliyi məlumat yayıb: “Səfirlər Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq 15-ci sanksiyalar paketini indicə razılaşdırıblar”.
Məlumatda qeyd olunur ki, yeni tədbirlər paketinə fərdi sanksiyalar daxildir, həmçinin Rusiyaya yardım edən üçüncü ölkələrin gəmilərinin fəaliyyətini məhdudlaşdırır.
Musavat.com