AZ

Avropa İttifaqının səfirləri Rusiya Federasiyasına qarşı 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı sanksiyaların 15-ci paketi ilə bağlı razılığa gəliblər. Macarıstanın Aİ Şurasına sədrliyi bu barədə dekabrın 11-də X sosial şəbəkəsində məlumat yayıb.

“Paket mövcud sanksiya siyahısını yeni fiziki və hüquqi şəxslərlə tamamlayır və ixrac məhdudiyyətlərindən yan keçməklə Putin rejiminin hərbi və texnoloji cəhətdən möhkəmlənməsinə dolayısı ilə töhfə verən Rusiya və üçüncü ölkələrdəki təşkilatlara qarşı yönəlib”.

Qeyd olunur ki, Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi Rusiyanın Ukraynaya qarşı “təcavüz”ünə cavab olaraq formalaşdırılıb.

Bundan əvvəl, dekabrın 6-da məlum olmuşdu ki, Avropa İttifaqı ölkələrinin nümayəndələri Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. Paket Çexiyanın Rusiya neft məhsullarını idxal etmək hüququnun genişləndirilməsini nəzərdə tuturdu.

Oxuməni.az

Seçilən
20
34
oxumeni.az

10Mənbələr