AZ

Suriyalıların vətəndaşlıq və qaçqın statusu ləğv edilsin - İYİ

Suriyalı qaçqınlar bütün imtiyazlardan və sosial müavinətlərdən məhrum edilməli, həmçinin Avropa Birliyi ilə miqrantlarla bağlı razılaşma dayandırılmalıdır.

Axar.az xəbər verir ki, bunu İYİ Partiyasının başqanı Müsavat Dərvişoğlu parlamentdə büdcə dinləmələri zamanı deyib.

O, təxminən 240 min suriyalının Türkiyə pasportlarının ləğv edilməsini, 2025-ci ilin iyulundan isə Suriyadan olan bütün miqrantların qaçqın statusundan məhrum edilməsini təklif edib:

"Artıq suriyalı qaçqınların Türkiyədə olması üçün heç bir səbəb yoxdur. Türkiyə xalqı bütün qaçqınların dərhal vətənlərinə qayıtmasını tələb edir".

Qeyd edək ki, Suriyada baş verən hadisələr fonunda suriyalılar tədricən öz vətənlərinə qayıtmağa başlayıblar. Türkiyə-Suriya sərhədində fəaliyyət göstərən keçid məntəqələrində kiçik növbələr yaranır.

Seçilən
13
32
axar.az

10Mənbələr