Türkiyədə uzun illər yaşayan suriyalı ailələr tədricən vətənlərinə qayıdır. Bu ailələrin uşaqları, hansı ki, Türkiyədə dünyaya gəliblər, ilk dəfə öz ata-baba torpaqlarına ayaq basırlar.
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, hər gün yüzlərlə suriyalı ailə Türkiyə-Suriya sərhədini keçərək vətənlərinə dönməkdədir.
Bu proses illərlə davam edən müharibə və çətinliklərdən sonra suriyalıların öz yurdlarına qayıtmaq arzularını əks etdirir.
Həmin dönüşü əks etdirən və TRT-nin Rusiya redaksiyasının hazırladığı bir reportajı Musavat.com oxucularına təqdim edirik.
Musavat.com