Bakı. Trend:
Dünya yeni pandemiyaya həm hazırdır, həm də hazır deyil.
Trend xəbər verir ki, busözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru TedrosAdhanom Qebreyesus 2024-cü ildə səhiyyə sahəsində baş verən qlobalhadisələr və gələcək perspektivlər barədə BMT-nin Cenevrə ofisindəjurnalistlərə açıqlamasında deyib.
O, səhiyyə sahəsində əldə olunan uğurlardan bəhs edərək, 2024-cüildə doqquz ölkənin bəzi xəstəliklərdən tamamilə azad olunduğunu,Afrikanın 17 ölkəsinə 12 milyondan çox malyariya peyvəndininçatdırıldığını və 150 ölkədə siqaret istifadəsinin azaldığınıvurğulayıb. Bildirib ki, bu nailiyyətlər səhiyyə siyasətinin vəbeynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir.
ÜST-ün baş direktoru Qəzza, Sudan və Ukraynada davam edənmünaqişələrin səhiyyə infrastrukturuna ciddi zərbə vurduğunubildirib. Təşkilatın qeydlərinə əsasən, son bir il ərzində səhiyyəxidmətləri 1370 dəfə hücuma məruz qalıb. Nəticədə 805 nəfər həlakolub, 1545 nəfər isə yaralanıb. Suriyada isə Hələb və İdlibşəhərlərində səhiyyə müəssisələrinə qarşı 19 hücum baş verib. Buhücumlar səhiyyə sisteminə ağır zərbə vurub, nəticədə səhiyyəxidmətlərinin göstərilməsi məhdudlaşıb.
O, Suriyadakı inkişafın müəyyən ümid doğurduğunu bildirsə də,məcburi köçkünlərin və ölkəyə qayıdan insanların səhiyyə sisteminəyeni yük gətirdiyini qeyd edib. Suriyada xəstəxanaların üçdəikisinin fəaliyyətsiz olması ölkədə səhiyyə xidmətlərininkeyfiyyətini müəyyən dərəcədə aşağı salıb.
T.A.Qebreyesus yeni pandemiyanın ortaya çıxması ehtimalınınyüksək olduğunu və dünyanın bu təhlükəyə tam hazır olmadığınıvurğulayıb. Onun sözlərinə görə, COVID-19 pandemiyasından öyrəniləndərslərə baxmayaraq, bəzi zəifliklər hələ də mövcuddur: “Buzəifliklərin aradan qaldırılması məqsədilə Dünya Bankı və ÜST-ünPandemiya Fondu yaradılıb. Bununla yanaşı, yerli dərman və peyvəndistehsalına üstünlük verilməsi kimi təşəbbüslər həyata keçirilir.Lakin dünya əhalisinin yarısının əsas səhiyyə xidmətlərinə çıxışıyoxdur və 2 milyard insan səhiyyə xərclərinə görə maliyyə çətinliyiyaşayır. Qlobal səhiyyə sistemində davamlı islahatlarzəruridir”.
ÜST rəsmisi dünyada yeni və mövcud yoluxucu xəstəliklərinyayılma vəziyyəti barədə də məlumat verib. O, Afrikada “M-pox”virusunun, Ruandada Marburq virusunun və quş qripinin yayılmahallarını xüsusi qeyd edib. Həmçinin Ruandada baş verən naməlumxəstəliklə bağlı narahatlığını ifadə edərək, 416 yoluxma halından31-nin ölüm ilə nəticələndiyini, ölənlərin əksəriyyətinin 14 yaşdankiçik uşaqlar olduğunu bildirib. Bundan başqa, vəba və qızılcahallarının artması, 1990-cı ildən etibarən böyüklər arasındaşəkərli diabetə tutulma hallarının dörd dəfə artması da qlobalsəhiyyə sisteminin üzləşdiyi çağırışlar sırasındadır.
T.A.Qebreyesus COVID-19 virusunun keçmişdə qalmadığınıvurğulayıb. 2024-cü il ərzində hər həftə orta hesabla 1000 nəfərinCOVID-19 səbəbilə həyatını itirdiyini və son beş ildə dünyadaümumilikdə 7 milyon insanın bu xəstəliyin qurbanı olduğunubildirib.