AZ

Kanadada evtanaziyadan ölüm 5 faizə yaxınlaşıb

Kanadada evtanaziyadan ölüm 5 faizə yaxınlaşıb

Kanadada 2016-cı ildə qanuniləşdirilən tibbi yardımlı ölüm (evtanaziya) nisbəti ardıcıl beşinci ildir ki, artmaqda davam edir, lakin artım tempi əvvəlki illərlə müqayisədə yavaşlayıb."Health Canada" tərəfindən dərc edilən beşinci illik hesabatda ilk dəfə evtanaziya tələb edən insanların etnik mənsubiyyətinə dair məlumatlar yer alıb.2023-cü ildə təqribən 15 300 insan evtanaziya yolu ilə həyatına son qoyub və bu rəqəm ölkədəki ümumi ölümlərin 4,7 faizini təşkil edib.Hesabata görə, evtanaziya nisbəti əvvəlki ilə nisbətən 16 faiz artıb. Ancaq bu nisbət əvvəlki illərdə qeydə alınan ortalama 31 faiz artımla müqayisədə kəskin azalmadır.Bu yavaşlamanın səbəbi ilə bağlı hələ dəqiq bir qiymətləndirmə aparılmayıb.Evtanaziya tələb edənlərin 96 faizi təbii ölümün qaçılmaz olduğu xəstələrdir. Qalan 4 faiz xroniki xəstəliklər səbəbindən bu prosedurdan faydalanıb.Evtanaziya tələb edənlərin orta yaşının 77 olduğu və ən çox rast gəlinən əsas tibbi vəziyyətin xərçəng olduğu müəyyən edilib.Hesabatda evtanaziya tətbiqlərində etnik fərqlərə də diqqət çəkilib. Evtanaziya yolu ilə həyatına son qoyanların 96 faizi Kanada əhalisinin 70 faizini təşkil edən ağdərili insanlardır.Bu proporsional fərqin səbəbi məlum deyil. İkinci böyük qrup isə 1,8 faizlə Şərqi Asiyalılar olub.Mənbə: BBC

phrase_var_article.chosen
32
2
afn.az

5phrase_var_article.sources