AZ

Azərbaycanın COP29-da sədrliyinə maneə törətmək cəhdləri uğursuz oldu – Baş nazir

Bakı. Trend:

Azərbaycanın COP29-a sədrliyi bir daha güclü siyasi iradə vəpeşəkarlığın mövcudluğunu nümayiş etdirdi.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın Baş naziri Əli Əsədov Moskvada MDB HökumətBaşçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

"Yaxın zamanda Bakıda BMT-nin İqlim Konfransı – COP29 başaçatdı. Tədbirdə 80 dövlət və hökumət başçısı, eləcə də, 76 mindənçox qeydiyyatdan keçmiş iştirakçı iştirak etdi.

Azərbaycanın sədrliyi bir daha güclü siyasi iradə vəpeşəkarlığın mövcudluğunu nümayiş etdirdi. Bu, genişmiqyaslı,əsassız kampaniyaya və hətta dünya ictimaiyyəti üçün əhəmiyyətliolan belə bir tədbirin boykot edilməsinə çağırışlara baxmayaraq,konfransın layiqli səviyyədə keçirilməsinə, mühüm nəticələrin əldəedilməsinə və çoxtərəfli danışıqlarda irəliləyişə nail olunmasınaimkan yaratdı", – deyə Əli Əsədov vurğulayıb.

Baş nazir qeyd edib ki, COP29 çərçivəsində mühüm qərarlar qəbuledilib, o cümlədən, inkişaf etməkdə olan dövlətlərə iqlimmaliyyəsinin təqdim edilməsi və İtki və Zərər Fondunun fəaliyyətəbaşlaması haqqında qərarlar təsdiqlənib.

"Əldə olunmuş razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbuledilən qərarlar bəşəriyyətin gələcəyi və dünya iqlim gündəliyi üçünxüsusi əhəmiyyət daşıyır", – deyə Ə.Əsədov əlavə edib.

Seçilən
44
1
az.trend.az

2Mənbələr