AZ

Azərbaycanın COP29-da sədrliyinə maneə törətmək cəhdləri uğursuz oldu – Baş nazir

Bakı, TurkicWorld

Azərbaycanın COP29-a sədrliyi bir daha güclü siyasi iradə və peşəkarlığın mövcudluğunu nümayiş etdirdi.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

"Yaxın zamanda Bakıda BMT-nin İqlim Konfransı – COP29 başa çatdı. Tədbirdə 80 dövlət və hökumət başçısı, eləcə də, 76 mindən çox qeydiyyatdan keçmiş iştirakçı iştirak etdi.

Azərbaycanın sədrliyi bir daha güclü siyasi iradə və peşəkarlığın mövcudluğunu nümayiş etdirdi. Bu, genişmiqyaslı, əsassız kampaniyaya və hətta dünya ictimaiyyəti üçün əhəmiyyətli olan belə bir tədbirin boykot edilməsinə çağırışlara baxmayaraq, konfransın layiqli səviyyədə keçirilməsinə, mühüm nəticələrin əldə edilməsinə və çoxtərəfli danışıqlarda irəliləyişə nail olunmasına imkan yaratdı", – deyə Əli Əsədov vurğulayıb.

Baş nazir qeyd edib ki, COP29 çərçivəsində mühüm qərarlar qəbul edilib, o cümlədən, inkişaf etməkdə olan dövlətlərə iqlim maliyyəsinin təqdim edilməsi və İtki və Zərər Fondunun fəaliyyətə başlaması haqqında qərarlar təsdiqlənib.

"Əldə olunmuş razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünya iqlim gündəliyi üçün xüsusi əhəmiyyət daşıyır", – deyə Ə.Əsədov əlavə edib.

Seçilən
17
1
turkic.world

2Mənbələr