AZ

"Rusiya yaxın günlərdə Ukraynaya yenidən "Oreşnik" raketilə hücum edə bilər" - Pentaqon

 
"Bu, Rusiyanın Ukraynaya qarşı daha bir terror cəhdi olacaq və bu dəfə də iflasa uğrayacaq..."
 
Rusiya yaxın günlərdə Ukraynaya yenidən "Oreşnik" raketi ilə hücum edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx bəyan edib.
 
"Putin açıq şəkildə deyib ki, Rusiya daha bir "Oreşnik" eksperimental raketi buraxmaq niyyətindədir. Mümkündür ki, Rusiya bunu yaxın günlərdə etsin. Mən konkret tarix barədə məlumatsızam", - o, brifinq zamanı əmin edib.
 
Sinqx vurğulayıb ki, əgər Rusiya bu raketi buraxarsa, bu, döyüş meydanında vəziyyətə təsir göstərməyəcək.
 
"Bu, sadəcə, Ukraynaya daha bir zərər vurmaq və qurbanlar törətmək cəhdi olacaq. Biz bunu əvvəllər görmüşük, onlar öz arsenalında olan hər bir silahdan Ukraynanı qorxutmaq üçün istifadə etməyə cəhd edir", - o, deyib.
 
Eyni zamanda rusiyalıların bu raketi buraxacağı ilə əlaqədar olaraq Ukraynanın hər-hansı silah üçün sorğu edib-etmədiyi ilə bağlı suala cavabında Sinqx xatırladıb ki, Ukrayna üçün əsas prioritetlərdən biri hava hücumundan müdafiə vasitələri olaraq qalır və ABŞ belə yardım göstərməkdə davam edir.
 
Rusiyanın Ukraynaya yeni hücum təhlükəsi
 
"Associated Press" və "Reuters" agentlikləri öz mənbələrinə istinadən yazıb ki, Rusiya yaxın günlərdə Ukraynaya daha bir orta mənzilli "Oreşnik" ballistik raketi buraxa bilər.
 
Qeyd edilib ki, ABŞ buna döyüş meydanında dönüş məqamından daha çox qorxutmaq cəhdi kimi baxır. 
 
"Reuters" agentliyi qeyd edib ki, "bu, böyük ehtimalla, Rusiyanın Ukraynaya qarşı daha bir terror cəhdi olacaq və bu dəfə də iflasa uğrayacaq".
 
Bundan öncə hərbi ekspert İvan Stupak xəbərdarlıq edib ki, rusiyalılar, ehtimal ki, Ukraynaya yeni güclü hücum hazırlayır, bu zaman o cümlədən "Oreşnik" raketi buraxa bilər.
phrase_var_article.chosen
47
39
moderator.az

10phrase_var_article.sources