AZ

Bolqarıstan və Rumıniya Şengen zonasına daxil oldu

Bolqarıstan və Rumıniya da quru yolu ilə Avropa İttifaqının (Aİ) Şengen vizasız səyahət zonasına qoşulub.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Aİ ölkələrinin daxili işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengene daxil edilməsi qərara alınıb.

Bolqarıstan və Rumıniya Şengendə iştirakına görə sonuncu dəfə Hollandiya, Macarıstan və Avstriya tərəfindən bloklanıb.

İmmiqrasiya və korrupsiya kimi əsaslarla qeyd-şərtlərini irəli sürən ölkələrdən biri olan Vyana vetosunu geri götürəcəyini açıqladı.

Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olublar.
 
 
 

Seçilən
3
7
7news.az

10Mənbələr