AZ

Bolqarıstan və Rumıniya qurudan Şengenə girdilər

 

  Bolqarıstan və Rumıniya da quru yolu ilə Avropa İttifaqının (Aİ) Şengen vizasız səyahət zonasına qoşuldu.

  Aİ ölkələri daxili işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən toplantısında Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengenə daxil edilməsi qərara alındı. Hər iki ölkə 2025-ci il martın 31-də Aİ-nin dəniz və hava yolu ilə azad səyahət zonasına daxil edildi.

  Bolqarıstan və Rumıniya Şengenə girmə ilə bağlı sonuncu dəfə Hollandiya, Macarıstan və Avstriya tərəfindən bloklanmışdı. İmmiqrasiya və korrupsiya kimi əsaslarla qeyd-şərtlərini irəli sürən ölkələr arasında Avstriya vetosunu geri götürəcəyini açıqlayan sonuncu dövlət oldu.

  Xatırladaq ki, Rumıniya və Bolqarıstan 2007-ci ildən Aİ-nin üzvləridir.



Seçilən
3
7
trt.net.tr

10Mənbələr