ABŞ Prezidenti Cozef Bayden bir gündə rekord sayda, yəni 39 məhkumu əfv edib. Manset.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib. O, 1500 nəfərə yaxın şəxsin cəzasını yüngülləşdirib, həmçinin zorakılıqla müşayiət olunmayan cinayətlərə görə məhkum edilmiş 39 amerikalını əfv edib. "Bu, müasir tarixdə ən böyük birgünlük əfv aktıdır", - məlumatda qeyd olunub. Əfv edilənlərin adları açıqlanmır.