AZ

Bayden onları əfv etdi

ABŞ prezidenti Co Bayden 39 amerikalını əfv edib və daha 1500 nəfərin cəzasını yüngülləşdirib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

 

"Bu hərəkətlər müasir tarixdə ən böyük bir günlük əfv qrantını təmsil edir",deyə Ağ Ev  saytında bildirilir.

Əfv olunanların adları açıqlanmayıb.. Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi dövründə ev dustaqlığına buraxılan məhbusların bir çoxu cəzalarının yüngülləşdirilməsinə nail olublar.

 Bəyanatda deyilir ki, Bayden administrasiyası zorakı olmayan cinayətlərə, o cümlədən narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunanlara ikinci şanslar verməyə davam edəcək.

Bundan əvvəl Co Bayden oğlu Hunterin əfv edilməsi haqqında fərman imzalamışdı.

2018-ci ildə Hunter Bayden sənədlərdə narkotikdən istifadə etmədiyini göstərən Colt Cobra 38 Special revolveri alıb. Bununla belə, o, 2015-ci ildən 2019-cu ilə qədər öz xatirələrində yazdığı və açıq şəkildə danışdığı asılılıqda idi. Amerika qanunlarına görə, narkomaniyadan əziyyət çəkən insanların silah sahibi olmaq hüququ yoxdur.

Digər bir iş isə vergidən yayınma ilə bağlı olub. 2016-2019-cu illərdə Hunter Baydenin vergi orqanlarına 1,4 milyon dollar borcu var idi. Borcu ödəməsinə baxmayaraq, Bayden 17 ilə qədər həbs cəzası ilə üzləşib. O, sentyabrda bütün ittihamlar üzrə özünü təqsirli bilib.

Əfv mətnində göstərilir ki, Hunter Bayden 2014-cü ildən 2024-cü ilə qədər törətdiyi cinayətlərə, o cümlədən ittiham olunduğu cinayətlərə görə əfv olunub.

 

Nigar

 

 

Seçilən
4
44
oxu24.com

10Mənbələr