Co Bayden Bayden müasir ABŞ tarixində ən böyük bir günlük əfv aktını imzalayıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Co Bayden 1500 nəfərin cəzasını yüngülləşdirdirib, 39 nəfəri isə əfv edib.
Qeyd edilib ki, Bayden koronavirus pandemiyası zamanı həbsdən çıxan və ev dustaqlığına salınan təxminən 1500 nəfərin cəzalarını yüngülləşdirib, zorakılıqsız cinayətlərə görə məhkum edilmiş 39 amerikalını əfv edib.
Bu, müasir ABŞ tarixində ən böyük bir günlük əfv aktıdır.