"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqası çərçivəsində "Yuventus"a məğlubiyyətlərindən (0:2) danışıb.
QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o deyib: "Mən bəzən əsəbiyəm, pis günlərim olur, çox qarışıq oluram və kobudluq məni əsəbiləşdirir. Bəzən ağlımı itirirəm? Bəli. Pis yatıram və yeməyi yaxşı həzm edə bilmirəm. Ona görə həmişə yüngül yemək yeməliyəm.
Amma mən 5 ay əvvəl olan məşqçiyəm. Həmin məşqçi ki, Premyer Liqanı qazanmışdı. Mən öz əqli vəziyyətimlə mübarizə aparmıram. O, çirkindirsə, deməli, elədir. Amma bilirəm ki, bunlar hamısı keçəcək. Necə ki, hədsiz sevincli günlər keçir".
Qeyd edək ki, "Mançester Siti" bütün turnirlərdə son 10 matçda 1 dəfə qələbə, 7 məğlubiyyət və 2 heç-heçə əldə edib.