AZ

“Bəzən ağlımı itirirəm” – Pep Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola psixoloji problemlər yaşadığını etiraf edib.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının ümumi mərhələsində “Yuventus”la oyundan (0:2) sonra ispaniyalı sakitləşdirici dərmanlardan istifadə edir. O, bu durumu belə şərh edib:

“Mən bəzən əsəbi oluram. Pis günlərim olur. Kobudluq məni əsəbiləşdirir. Bəzən ağlımı itirirəm. Amma beş ay əvvəl olduğum həmin məşqçiyəm, Premyer Liqa çempionu olan. Bütün bunların keçəcəyini bilirəm”.

“Mançester Siti” bütün yarışlarda keçirdiyi son 10 matçda 7 məğlubiyyət alıb. Premyer Liqada “şəhərlilər” 27 xal toplayaraq 4-cü pillədə qərarlaşıb. Çempionlar Liqasında ingilislər 8 xalla 22-ci yerdədir.

Seçilən
1
2
idmanxeber.az

4Mənbələr