“Şimali Atlantika Alyansı sülh müqaviləsi bağlandıqdan dərhal sonra sülhməramlı adı ilə Ukraynaya qoşun yeridə bilər”.
NOCOMMENT.az xəbər verir ki, Rusiyalı politoloq Sergey Markov hadisələrin bu proqnozunu özünün Telegram kanalında dərc edib.
“NATO qoşunlarının Ukraynaya yeridilməsi sülh sazişinin imzalanmasından dərhal sonra baş verməlidir”, – Markov bildirib.
Onun sözlərinə görə, alyansın Ukraynaya 40 minlik hərbçi qrupu göndərəcəyi ehtimal edilir. Politoloq əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron Varşavada bu planı müzakirə edir.
Markov iddia edir ki, yekun “Ukraynanın işğalı planı” gələn həftə qəbul oluna bilər.
“Onlar Tramp ABŞ prezidenti vəzifəsinə başlamazdan əvvəl bunu etməyə tələsirlər”, – deyə o qeyd edib.