Kanada ABŞ-yə enerji ixracını dayandırmağı düşündüyünü açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Kanadanın ən böyük əyaləti olan Ontario əyalətinin prezidenti Doug Ford bildirib.
Belə ki, Kanadanın ən böyük əyaləti olan Ontario əyalətinin prezidenti Doug Ford ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada məhsullarına 25 faiz gömrük rüsumu tətbiq etmək planına cavab olaraq ABŞ-yə enerji ixracını dayandırmağı düşündüyünü açıqlayıb.
O, digər ştat liderlərini bu təhdidlərə qarşı “mübarizə etməyə hazır olmağa” çağırıb.