AZ

Sanksiyalar müharibəsi başlayır: Kanada ABŞ-a enerji ixracını dayandırmaqla hədələyir

Sanksiyalar müharibəsi başlayır: Kanada ABŞ-a enerji ixracını dayandırmaqla hədələyir

Kanadanın ən böyük əyaləti olan Ontarionun başçısı Duq Ford ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada məhsullarına 25 faiz gömrük rüsumu tətbiq etmək planına cavab olaraq ABŞ-a enerji ixracını dayandırmağı düşündüyünü açıqlayıb. Ford digər ştat liderlərini bu təhdidlərə qarşı mübarizə etməyə hazır olmağa çağırıb.Baş nazir Castin Trüdo və digər dövlət başçıları ilə görüşdən sonra verdiyi açıqlamada Ford, Tramp administrasiyasının həyata keçirəcəyini vəd etdiyi bu vergilərə qarşı müxtəlif tədbirləri qiymətləndirdiklərini söyləyib.Ford vəziyyətin nə qədər irəlilədiyindən asılı olaraq, Miçiqan, Nyu York və Viskonsin ştatlarına enerji axınını kəsə biləcəklərini deyib: "Mən bunu etmək istəmirəm, amma mənim əsas vəzifəm Ontarionu, ontarioluları və ümumilikdə kanadalıları qorumaqdır".ABŞ-a ixrac edilən Kanada məhsullarının 85 faiznin Ontariodan gəldiyinə diqqət çəkən Ford, Trampın planlarının Ontario iqtisadiyyatına dağıdıcı təsir göstərəcəyini ifadə edib.Başda avtomobil hissələri olmaqla milyardlarla dollarlıq ixracatın təsirlənəcəyini ifadə edən Ford, “Bu mübarizəyə hazır olmalıyıq. Bu mübarizə mütləq yanvarın 20-də başlayacaq" vurğulayıb.Ford Şimali Amerika iqtisadiyyatlarının inteqrasiyasını vurğulayaraq, ABŞ əyalət qubernatorlarına təzyiq edilməli olduğunu bildirib.Bununla belə, Fordun enerji ixracını azaltmaq təhlükəsinin nə dərəcədə mümkün olduğu da aydın deyil; çünki enerji siyasətləri milli səviyyədə müəyyən edilir.Kanada ABŞ-ın neft idxalının 60 faizini və elektrik enerjisi idxalının böyük hissəsini təmin edir. 2022-ci ildə Kanadanın ABŞ-a elektrik enerjisi ixracından əldə etdiyi gəlir 5,8 milyard Kanada dolları ilə rekord qırıb.Ontario 13,9 milyon meqavatsaat həcmə çataraq Kvebekdən sonra ABŞ-a ən çox elektrik enerjisi ixrac edən əyalət olub.Ford əllərində olan bütün vasitələrdən istifadə edəcəklərini, ölkə olaraq susmayacaqlarını və təslim olmayacaqlarını deyib. Mənbə: The Guardian

Seçilən
37
2
afn.az

4Mənbələr