AZ

ABŞ və Kanada arasında müharibə başlayır

Kanadanın ən böyük əyaləti olan Ontario əyalətinin prezidenti Doug Ford ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada məhsullarına 25 faiz gömrük rüsumu tətbiq etmək planına cavab olaraq ABŞ-a enerji ixracını dayandırmağı düşündüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ford digər ştat liderlərini bu təhdidlərə qarşı “mübarizəyə hazır olmağa” çağırıb.
Baş nazir Castin Trudeau və digər dövlət başçıları ilə görüşdən sonra verdiyi açıqlamada Ford, Tramp administrasiyasının həyata keçirəcəyini vəd etdiyi bu vergilərə qarşı müxtəlif tədbirləri qiymətləndirdiklərini söylədi:

"Bu vəziyyətin nə qədər irəlilədiyindən asılı olaraq, biz Miçiqan, Nyu York və Viskonsin ştatlarına enerji axınını kəsə bilərik. Mən bunu etmək istəmirəm, amma mənim əsas vəzifəm Ontarionu və ümumilikdə Kanadalıları qorumaqdır".

ABŞ- a ixrac edilən Kanada məhsullarının yüzdə 85-nin Ontariodan gəldiyinə diqqət çəkən Ford, Trampın planlarının Ontario iqtisadiyyatına dağıdıcı təsir göstərəcəyini ifadə etdi.

Başda avtomobil hissələri olmaqla milyardlarla dollarlıq ixracatın təsirlənəcəyini ifadə edən Ford, “Bu mübarizəyə hazır olmalıyıq. Mübarizə mütləq yanvarın 20-də başlayacaq" - dedi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
1
turkustan.az

2Mənbələr