AZ

Aİ Suriyada yeni hökumətin Rusiya bazalarından imtina edəcəyinə ümid edir

Avropa İttifaqı (Aİ) Suriyanın yeni hökumətinin ölkədə Rusiya hərbi bazalarını saxlamamaqla bağlı qərar verəcəyinə ümidvar olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

"Yeni hökumət Rusiya bazalarını ləğv etmək qərarına gəlsə, biz bundan məmnun olarıq", - o deyib.

Jurnalistlərin Aİ-nin öz mövqeyini Suriyanın yeni hökumətinə çatdırmaq niyyətində olub-olmadığı barədə sualına diplomat müsbət cavab verib.
Seçilən
7
50
sherg.az

10Mənbələr