AZ

Türk azarkeşlər Avroliqanın bu oyununa buraxılmayacaqlar

style='margin-bottom:10px;'>

Avropa Liqasının 8-ci turunda keçiriləcək "Tvente" - "Beşiktaş" matçına İstanbul klubunun azarkeşləri buraxılmayacaq. 

QOL.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb. Ölkə polisi sözügedən matçı "yüksək risk" tədbir kimi qiymətləndirir. 

Bu səbəbdən Enshede şəhərinin bələdiyyəsi İstanbul klubunun azarkeşlərinin stadiona buraxılmasına qadağa qoyub. Bələdiyyənin verdiyi açıqlamada “qara qartallar”ın azarkeşlərinin sözügedən şəhərdə sərbəst səyahət etmələrinin riskli olduğu vurğulayıb.

Qeyd edək ki, sözügedən oyun yanvarın 30-u Enshede şəhərində, "De Grolsch Veste" stadionunda keçiriləcək. 

Xatırladaq ki, Avropa Liqasının 3-cü turunda keçirilən "Lion" - "Beşiktaş" matçında da (0:1) İstanbul təmsilçisinin azarkeşlərinə səfər qadağası qoyulmuşdu. 

Seçilən
22
7
teleqraf.com

8Mənbələr