2024-cü ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayının 3 milyona, müvafiq artım templərinə əsasən 2028-ci ilə qədər isə illik olaraq 4 milyona çatması üzrə proqnozlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə qış mövsümünün açılışı ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Şahdağ”a mediatur zamanı bildirib.
DTA sədrinin müşaviri qeyd olunan dövr ərzində, həmçinin Azərbaycana 24.519 kommersiya yönümlü uçuşun həyata keçirildiyini və əvvəlki dövrlə müqayisədə 18 faiz artımın olduğunu, eləcə də yanvar-oktyabr ayları ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda nominal ifadədə 2.49 milyard azn əlavə dəyərin yarandığını və bunun da ötən ilki dövrlə müqayisədə 11.3 faiz artıma səbəb olduğunu vurğulayıb.