AZ

Əsəd ailəsinin GİZLİ SƏRVƏTİ: Suriya iqtisadiyyatından 3 dəfə ÇOXDUR

Əsəd ailəsinin sərvətinin təxminən 12 milyard dollar olduğu bildirilir, halbuki Suriyanın 2021-ci il ÜDM-i yalnız 8,98 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu rəqəmlər ailənin əldə etdiyi sərvətin Suriyanın ümumi iqtisadiyyatı ilə müqayisədə nə qədər böyük olduğunu göstərir.

"The Wall Street Journal"ın (WSJ) məlumatına görə, Əsəd və atası Həfiz öz sərvətlərini qohumları vasitəsilə xaricdə gizlədiblər, buna görə də bu aktivlərin dondurulması çətin olacaq.

Keçmiş Ağ Ev rəsmisinin sözlərinə görə, Əsədin həmişə ehtiyat planı olub. Bu plan, ölkəni tərk etməsi halında belə, onun ailəsinin sərvətinin qorunmasını təmin etməyə yönəlib.

Musavat.com

phrase_var_article.chosen
61
2
musavat.com

10phrase_var_article.sources