AZ

Naxçıvan MR-ə dotasiyanın azaldılmasının səbəbi açıqlanıb

Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində Naxçıvan Muxtar Respublikasına dotasiyanın azaldılmasının səbəbi açıqlanıb.

Gundem.az  APA-a istinadən xəbər verir ki, maliyyə naziri Sami Şərifov deyib ki, 2025-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika və Su Ehtiyatları agentliklərinin səlahiyyətlərinin müvafiq olaraq “Azərenerji”, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi ilə bağlı dəyişikliklərin və bununla bağlı müvafiq xərclərin dövlət büdcəsində əks etdirilməsi zərurəti yaranıb: “Müvafiq olaraq Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır və eyni məbləğdə vəsait Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir”.

phrase_var_article.chosen
36
19
gundem.az

10phrase_var_article.sources