AZ

Naxçıvana dotasiyanın məbləği 35 milyon manata yaxın azaldılır - SƏBƏB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Naxçıvan Muxtar Respublikasına (MR) dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34.8 milyon manat azaldılır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, eyni məbləğdə vəsait Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir.
"2025-ci ilin dövlət büdcəsində ölkə Prezidentinin müvafiq fərmanı ilə Naxçıvanın Dövlət Energetika və Su Ehtiyatları agentliklərinin səlahiyyətlərinin müvafiq olaraq "Azərenerji" və "Azərişıq" ASC-lərə, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi ilə bağlı dəyişikliklərin və bununla bağlı müvafiq xərclərin dövlət büdcəsində əks etdirilməsi zərurəti yaranıb", - deyə nazir əlavə edib.
phrase_var_article.chosen
30
1
oxu.az

10phrase_var_article.sources