AZ

Məhkəmə-Hüquq Şurasının hüquqları artırılır

Məhkəmə-Hüquq Şurasının hüquqları artırılır.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:

? vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

? Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

? İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

? məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.

Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub.

Seçilən
0
17
banker.az

10Mənbələr