AZ

Moskvada partlayışda general öldü

Moskvada yaşayış binasının birinci mərtəbəsində güclü partlayış baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı rəsmi qurumlardakı mənbəyə istinadən TASS yayıb.

Bildirilib ki, ilkin məlumata görə, Ryazan prospektində qeydə alınan hadisə nəticəsində 2 nəfər həlak olub.

Rusiyanın “Baza” teleqram kanalı isə partlayışda həlak olanların rusiyalı general-leytenant İqor Kirillov və onun köməkçisi olduğunu yazıb.

Generalın Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi olduğu qeyd olunub.

Rusiyanın İstintaq Komitəsi partlayış zamanı həlak olanların general Kirillov və onun köməkçisi olduğunu təsdiq edib.

Bildirilib ki, partlayışa səbəb skuterə yerləşdirilmiş partlayıcı qurğu olub. Həmin skuter isə binanın giriş hissəsinə qoyulubmuş.
Seçilən
25
50
e-huquq.az

10Mənbələr