Rusiya Müdafiə Nazirliyinin general-leytenantı İqor Kirillov Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürülüb.
Bu barədə AFP-yə mənbədən bildirilib.
“Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-leytenant İqor Kirillov Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) xüsusi əməliyyatı nəticəsində öldürülüb”, - mənbə qeyd edib.
“Reuters“ də öz mənbələrinə istinadən Ukrayna xüsusi xidmət orqanlarının İ. Kirillovu öldürmək üçün əməliyyat keçirdiyini bildirib.