Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov klubunu dəyişib.
İdman.biz "Report"a istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi "Şamaxı" klubu ilə anlaşıb.
O, Bolqarıstanın "Arda" klubundan mövsümün sonunadək icarəyə götürülüb.
Qeyd edək ki, Cəlal Hüseynov 2022/2023 mövsümündə icarə əsasında "Şamaxı"nın formasını geyinib. 2023-cü ilin yayında "Arda"ya keçən futbolçu bu komandanın heyətində 45 matça çıxıb və 1 qolla yadda qalıb.
İdman.biz