Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov klubunu dəyişib.
21 yaşlı müdafiəçi bölgə təmsilçisi ilə anlaşıb.
O, Bolqarıstanın "Arda" klubundan mövsümün sonunadək icarəyə götürülüb.
Qeyd edək ki, Cəlal Hüseynov 2022/2023 mövsümündə icarə əsasında "Şamaxı"nın formasını geyinib. 2023-cü ilin yayında "Arda"ya keçən futbolçu bu komandanın heyətində 45 matça çıxıb və 1 qolla yadda qalıb.