AZ

Xankəndi və Xocalıda uşaq bağçaları fəaliyyətə başlayıb

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası və Xocalı şəhər körpələr evi-uşaq bağçası istifadəyə verilib...

Bu barədə Poliqon-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu gün - dekabrın 17-də Xankəndi şəhərində, AğdərəXocalı rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi bağçada yaradılmış şəraitlə tanış olublar.

"34 ildən sonra fəaliyyəti bərpa edilən Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası 80 yerlikdir. Hazırda 43 uşaq bağçada təlim-tərbiyə alır. 32 ildən sonra fəaliyyətə başlayan Xocalı şəhər körpələr evi-uşaq bağçası isə 40 yerlikdir. Hazırda 24 uşaq bağçada təlim-tərbiyə prosesinə cəlb olunub", - deyə məlumatda bildirilib.

Poliqon.info

Seçilən
1
49
poliqon.info

10Mənbələr