Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası və Xocalı şəhər körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Bu barədə FED.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu gün - dekabrın 17-də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi bağçada yaradılmış şəraitlə tanış olublar.
"34 ildən sonra fəaliyyəti bərpa edilən Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası 80 yerlikdir. Hazırda 43 uşaq bağçada təlim-tərbiyə alır. 32 ildən sonra fəaliyyətə başlayan Xocalı şəhər körpələr evi-uşaq bağçası isə 40 yerlikdir. Hazırda 24 uşaq bağçada təlim-tərbiyə prosesinə cəlb olunub", - deyə məlumatda bildirilib.