Rəqqasların daha tez təqaüdə çıxması ilə bağlı təkliflər hazırlanır.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu komitənin bugünkü iclasında deyib.
Komitə sədri hazırda təkliflər üzərində işlədiyini və gələn il müzakirəyə təqdim edəcəyini bildirib:
“Əvvəl rəqqaslar 20-22 il işlədikdən sonra təqaüdə çıxa bilirdilər. İndi isə rəqqaslar 65 yaşa kimi rəqqaslıqla məşğul olandan sonra təqaüdə çıxır. Yenidən təkliflər hazırlanır ki, rəqqaslar əvvəlki kimi təqaüdə çıxa bilsinlər. Onlar fəaliyyətinə uyğun təqaüd də almalıdır”./report
Tarix: 17 Dekabr 2024, 14:53