Rəqqasların daha tez təqaüdə çıxması ilə bağlı təkliflər hazırlanır.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu komitənin bugünkü iclasında deyib.
Komitə sədri hazırda təkliflər üzərində işlədiyini və gələn il müzakirəyə təqdim edəcəyini bildirib:
"Əvvəl rəqqaslar 20-22 il işlədikdən sonra təqaüdə çıxa bilirdilər. Təkliflər hazırlanır ki, rəqqaslar 20-22 il işlədikdən sonra təqaüdə çıxa bilsinlər. Onlar fəaliyyətlərinə uyğun təqaüd də almalıdırlar".
Mənbə: oxu.az