AZ

“Gedib onların qapısını döyüb demirəm ki, qurban olum, məni bəyənin”

“Yaşım 50-ni keçib. Kiməsə özümü sübüt etməyə ehtiyac yoxdur. Oxumağım da, səsim də nədirsə, budur. Həyatım da, yaşayışım da bəllidir”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Qonaqcanlı” verilişində deyib.

Müğənni proqram vasitəsi ilə onu bəyənməyənlərə səslənib:

“Kiməsə xoş görünmək üçün heç nə edən deyiləm. Maskalanıb dona girməyəcəyəm. Nəyəmsə buyam. Məni bəyənən bəyənsin, bəyənməyən də bəyənməsin. Gedib onların qapısını döyüb demirəm ki, qurban olum, məni bəyənin”.


Telegram kanalımız
Seçilən
6
9
yenisabah.az

10Mənbələr