“Yaşım 50-ni keçib. Mənim kiməsə özümü sübüt etməyə ehtiyacım yoxdur. Oxumağım da, səsim də nədirsə budur. Həyatım da, yaşayışım da bəllidir”.
Paralel.az OLAY-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.
Sənətçi proqram vasitəsi ilə onu bəyənməyənlərə səslənib:
“Kiməsə xoş görünmək üçün heç nə edən deyiləm. Maskalanıb dona girməyəcəyəm. Mən nəyəmsə buyam. Məni bəyənən bəyənsin, bəyənməyən də bəyənməsin. Gedib onların qapısını döyüb demirəm ki, qurban olum, məni bəyənin”.