AZ

Azərbaycanda kənd təsərrüfatı istehsalı ARTIB

2024-cü ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 milyard 216,4 milyon manat təşkil edib ki, onun da 6 milyard 192,8 milyon manatı heyvandarlıq, 6 milyard 23,6 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Bu barədə Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1% , o cümlədən heyvandarlıq məhsulları üzrə 1,4%, bitkiçilik məhsulları üzrə isə 0,6% artıb.

Seçilən
2
3
modern.az

6Mənbələr