2024-cü ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 milyard 216,4 milyon manat təşkil edib ki, onun da 6 milyard 192,8 milyon manatı heyvandarlıq, 6 milyard 23,6 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Bu barədə Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1% , o cümlədən heyvandarlıq məhsulları üzrə 1,4%, bitkiçilik məhsulları üzrə isə 0,6% artıb.