İspaniyanın “Sevilya” klubu “Qarabağ”da çıxış edən Olavio Juninyo ilə maraqlanır.
Heftelik.az-ın AS nəşrinə istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Qarsiya Pimenta braziliyalı forvardın transferini istəyib.
Ağdam təmsilçisinin bu keçid üçün İspaniya klubundan təxminən 5 milyon avro tələb edəcəyi vurğulanıb.
Qeyd edək ki, Olavio Juninyonun “Qarabağ”la müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.