İspaniyanın “Sevilya” klubu “Qarabağ”da çıxış edən Olavio Juninyo ilə maraqlanır.
Apress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Zona Mixta” məlumat yayıb.
Komandanın baş məşqçisi Qarsiya Pimenta braziliyalı forvardın transferini istəyib.
Ağdam təmsilçisinin bu keçid üçün İspaniya klubundan təxminən 5 milyon avro tələb edəcəyi vurğulanıb.
Qeyd edək ki, Olavio Juninyonun “Qarabağ”la müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.