Toyota" şirkəti 2025-ci ilin "Corolla Cross" krossoverlərini "Mazda" şirkətinin öz avtomobilləri üçün istifadə etdiyi qırmızı rəngə boyamağa başlayıb.
News24.az oxu.az-a istinadən xəbər verir.
"Toyota Corolla Cross" modellərini "Mazda" rəngində yalnız ABŞ-lilər ala biləcəklər və bu, yalnız xüsusi versiyaların imtiyazı deyil, hətta sadə komplektasiyalar üçün də mövcud olan standart çalardır.
Eyni rəngə Alabama ştatındakı eyni "Mazda Toyota Manufacturing" zavodunda yığılan "Mazda CX-50" krossoverləri də boyanır. "Mazda"nın "Soul Red Crystal" üçqatlı örtüyü hazırkı formada 2016-cı ildən istifadə edilir. "Toyota"nın nümayəndəsi boya tərkiblərinin tam uyğun gəldiyini təsdiqləyib.
Avtomobil istehsalçıları adətən "özgə" brendin rəng çalarını fərdiləşdirmə proqramları çərçivəsində təklif edirlər: belə xidməti xüsusilə "Porsche" və "BMW Individual" təklif edir.