AZ

Əhaliyə 394,5 milyon manat dəyərində ödənişli xidmət göstərilib

Cari ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,5 faiz artaraq 11 milyard 394,5 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 8 milyard 593,4 milyon manatlıq xidmət göstərilib. 

Bu, xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 1116,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 120,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bizim.Media

Seçilən
31
12
bizim.media

10Mənbələr