AZ

Ruandada soyqırımında ittiham olunan Fransa vətəndaşı ömürlük azadlıqdan məhrum edilib

Bakı, 18 dekabr, AZƏRTAC

Paris Andlılar Məhkəməsində apelyasiya qaydasında 7 həftə davam edən məhkəmə çəkişməsində hökm oxunub.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, təqsirləndirilən Filip Manye barədə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. O, ömürlük azadlıqdan məhrum edilib.

Keçmiş polis əməkdaşı olan Filip Nateqekimana 1994-cü ildə Ruandada tutsi qəbiləsindən olan 300-dən çox mülki şəxsin öldürülməsində ittiham edilib. Ruandada tutsilərə qarşı amansızlığı ilə seçilən polis əməkdaşı bir neçə il sonra Fransa vətəndaşlığını qəbul edərkən soyadını da dəyişib.

BMT-nin statistikasına görə 1994-cü ilin yayında Ruandada azı 800 min nəfər qətlə yetirilib ki, onlarında əksəriyyəti tutsi tayfasına mənsub olub.

 

Seçilən
5
5
azertag.az

6Mənbələr