Paris Andlılar Məhkəməsində apelyasiya qaydasında 7 həftə davam edən məhkəmə çəkişməsində hökm oxunub. “Figaro” nəşrinin yazdığına görə, təqsirləndirilən Filip Manye barədə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. O, ömürlük azadlıqdan məhrum edilib.
Keçmiş polis əməkdaşı olan Filip Nateqekimana 1994-cü ildə Ruandada tutsi qəbiləsindən olan 300-dən çox mülki şəxsin öldürülməsində ittiham edilib. Ruandada tutsilərə qarşı amansızlığı ilə seçilən polis əməkdaşı bir neçə il sonra Fransa vətəndaşlığını qəbul edərkən soyadını da dəyişib.
Mətləb Salahov