AZ

Azərbaycanda ilk dəfə vahid “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib

Ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, müraciətlərin operativ şəkildə cavablandırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və ölkəmizdə fəaliyyət göstərən digər məhkəmələrlə əlaqə saxlamaq üçün “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib. Ali Məhkəmənin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Azərbaycanın istənilən regionundan stasionar telefonlardan (012) 887, bütün mobil operatorlardan isə 887 qısa nömrəsinə yığmaqla səsli menyuda təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə əlaqə qurmaq mümkündür.

Məhkəmələrin əlaqə kodlarını, həmçinin Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsindən də əldə etmək olar.

Qeyd edək ki, Çağrı Mərkəzi bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək canlı iş rejimində xidmət göstərir.

phrase_var_article.chosen
18
17
sia.az

10phrase_var_article.sources