AZ

Vahid “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verildi

Azərbaycanda ilk dəfə olaraq vahid “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasından bildirilib.
 

Məlumata görə, ölkədə ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, müraciətlərin operativ şəkildə cavablandırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və digər məhkəmələrlə əlaqə saxlamaq üçün “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib.


Azərbaycan Respublikasının istənilən regionundan stasionar telefonlardan (012) 887, bütün mobil operatorlardan isə 887 qısa nömrəsinə yığmaqla, səsli menyuda təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə əlaqə qurmaq mümkündür. Məhkəmələrin əlaqə kodlarını, həmçinin Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsindən (www.jlc.gov.az) də əldə edə bilərsiniz.

Qeyd edilib ki, Çağrı Mərkəzi bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək canlı iş rejimində xidmət göstərir.

Bizim.Media

phrase_var_article.chosen
10
17
bizim.media

10phrase_var_article.sources