AZ

Dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmalarının həcmi açıqlandı

Azərbaycanda dəniz nəqliyyatı ilə bu ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 7932,5 min ton təşkil etib.Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azdır.Məlumata əsasən, yüklərin 48,6 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 12 921,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 377 min tonunu və ya 80,3 faizini tranzit yüklər təşkil edib.

2024-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 591,3 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artaraq 26,0 min nəfər olub.

Seçilən
26
2
metbuat.az

6Mənbələr