AZ

Dəniz nəqliyyatında sərnişindaşıma artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon 932,5 min ton yük daşınıb. Bu barədə XQ-yə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Bildirilib ki, yüklərin 48,6 faizi neftin payına düşüb. Hesabat dövründə ölkənin dəniz limanları tərəfindən 12 milyon 921,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 10 milyon 377 min tonunu və ya 80,3 faizini tranzit yüklər təşkil edib. 2024-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi isə 591,3 min ton olub. 

Cari ilin 11 ayında dəniz nəqliyyat ilə 26 min nəfər sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 19,3 faiz çoxdur.

Seçilən
23
2
xalqqazeti.az

6Mənbələr